Şərtlər və qaydalar

Öhdəliklər

  • Mal və nəqliyyat vasitələrinə dair sənədlərdə göstərilən məlumatların düzgünlüyünə cavabdehlik daşıyıram;
  • Təqdim olunmuş sənədlər əsasında elektron gömrük bəyannaməsinin düzgün doldurulmasına görə məsuliyyət daşıyıram;
  • Tranzit xüsusi gömrük proseduruna dair öhdəliklərin pozulmasına görə Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun məsuliyyət daşıyıram;
  • Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit daşınmasına qadağan olunmuş mallar aşkar olunduğu təqdirdə Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə görə məsuliyyət daşıyıram;
  • Bəyannamənin elektron imza ilə təsdiq edilməsinə razılıq verirəm.